Müasir və təhlükəsiz ödəniş həlləriMüasir və təhlükəsiz ödəniş həlləri

Şirkətiniz üçün müasir ödəniş infrastrukturu qurun

Dövlət və biznes ödənişləri üçün vahid infrastruktur

Xidmətlərlə tanış olun
ƏdliyyəBoltmyGovUberWoltBələdiyyəMobil NotariatElektron HərracINVATokazYelo BankIZZYAntiinhisar Agentliyi

Ödəniş ekosistemi ilə vahid inteqrasiya

Banklar, dövlət sistemləri və rəqəmsal platformalar ilə təhlükəsiz və sürətli inteqrasiya imkanları təqdim edirik.

Lisenziyalar və Sertifikatlar

Maliyyə əməliyyatlarınızı etibarlı, sürətli və təhlükəsiz şəkildə həyata keçirin. Standartlara uyğun həllərlə maliyyə axınınızı tam nəzarətdə saxlayın

Mərkəzi Bankın elektron pul təşkilatı lisenziyası

Ətraflı

MSolution bu lisenziya əsasında elektron pul və geniş spektrli ödəniş xidmətləri təqdim edir. Lisenziya şirkətin fəaliyyət imkanlarını və ödəniş bazarındakı mövqeyini gücləndirir.

ISO 27001 İnformasiya Təhlükəsizliyi Sertifikatı

Ətraflı

MSolution ISO 27001 sertifikatına malikdir. Sertifikat şirkətdə informasiya təhlükəsizliyinin beynəlxalq tələblərə uyğun və sistemli şəkildə idarə olunduğunu təsdiqləyir.

PCI DSS Uyğunluq Sertifikatı

Ətraflı

MSolution PCI DSS standartına uyğunluğunu yenidən təsdiqləyib. Sertifikat kart məlumatlarının qorunması üzrə proseslərin beynəlxalq təhlükəsizlik tələblərinə uyğunluğunu göstərir.

Fərdi məlumatların informasiya sistemləri üzrə lisenziya

Ətraflı

MSolution Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziyaya malikdir. Lisenziya şirkətə fərdi məlumat ehtiyatlarını formalaşdırmaq, informasiya sistemləri yaratmaq və bu sahədə xidmətlər göstərmək imkanı verir.

Mastercard və Visa rəsmi tərəfdaşlığı

Ətraflı

Mastercard və Visa tərəfindən rəsmi Payment Facilitator (PSP) kimi tanınırıq. Bu status bizə bizneslər üçün beynəlxalq standartlara uyğun, təhlükəsiz və çevik kart ödənişi həlləri təqdim etməyə imkan verir.

Layihələrimiz

Biz həm ödəniş, həm də proqramlaşdırma sahəsində geniş imkanlara sahibik. Bu iki sahəni birləşdirərək, innovativ və effektiv hibrid həllər yaradırıq

Bizim üçün artıq ən böyük üstünlük — bütün ödəniş proseslərinin tam rəqəmsallaşmasıdır. Əməliyyatlar saniyələr içində və tam təhlükəsiz şəkildə emal olunur. Ödənişlərin notariuslar üzrə paylanması avtomatik baş verir, imtina edilən əməliyyatlar isə dərhal geri qaytarılır.

Rəna R.

Notariat palatasının nümayəndəsi

Sadə və təhlükəsiz API ilə rahat inteqrasiya

Müasir API texnologiyamızla əməliyyatlarınızı avtomatlaşdırın və iş prosesinizi optimallaşdırın

import MSolution from '@msolution/node'; const ms = new MSolution(process.env.MS_SECRET_KEY); const payment = await ms.payments.create({  amount: 4990,  currency: 'AZN',  description: 'Order #1234',  success_url: 'https://shop.az/success',}); // Redirect the customer to the hosted checkoutreturn Response.redirect(payment.checkout_url);

Tez-tez verilən suallar

MSolution (Multi Solutions MMC) Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası ilə fəaliyyət göstərən elektron pul təşkilatıdır. 2022-ci ildən dövlət qurumları və biznes üçün ödəniş infrastrukturu, inteqrasiya və rəqəmsal həllər təqdim edirik.

3000+ biznesin ödəniş tərəfdaşı

Satışa başlamaq üçün doğru vaxt - indi

Biznesinizi rəqəmsallaşdırmaq və ya mövcud e-commerce platformanızı gücləndirmək istəyirsiniz? Bütün prosesi sizin üçün qururuq — siz isə nəticəni görürsünüz.

Pulsuz konsultasiya alın