Pulse — Bolt

Pulse – Bolt sürücü köçürmə və balans platforması

Pulse, Bolt sürücülərinin gündəlik qazanc və balans əməliyyatlarını daha çevik idarə etməsi üçün hazırlanmış rəqəmsal platformadır. Mobil tətbiq və idarəetmə panelindən ibarət sistem sürücülərə maliyyə əməliyyatlarını sürətli və şəffaf şəkildə həyata keçirməyə, fleet sahiblərinə isə proseslərə vahid mərkəzdən nəzarət etməyə imkan verir.

Pulse – Bolt sürücü köçürmə və balans platformasıÖzəl sektor | Mobil tətbiq və admin panel
building iconMüştəriBolt platformasında fəaliyyət göstərən sürücülər, fleet və park sahibləri
card iconXidmətMobil tətbiq və idarəetmə panelinin hazırlanması
integration iconİnteqrasiyaBolt və ödəniş sistemləri ilə inteqrasiya
features iconİmkanlarReal vaxtda qazanc izləmə, balans artırma, ani köçürmə və limitlərin idarə edilməsi

Problem

Mövcud proseslər sürücülərin qazanc məlumatlarını real vaxt rejimində izləməsinə və vəsaitlərinə operativ çıxış əldə etməsinə tam imkan vermirdi. Balans artırma və köçürmə əməliyyatları bir neçə mərhələdən ibarət olduğu üçün əlavə vaxt tələb edir və sürücülərin gündəlik fəaliyyətinə təsir göstərirdi.

Sürücülər gedişlərini, qazanc məlumatlarını və maliyyə əməliyyatlarının statusunu vahid sistem üzərindən şəffaf şəkildə izləyə bilmirdilər.

Fleet və park sahibləri üçün isə sürücülərin fəaliyyətinə nəzarət, limitlərin müəyyənləşdirilməsi və nağd gedişlərin idarə olunması üçün daha çevik və mərkəzləşdirilmiş həllə ehtiyac var idi.

Addım 1

İstifadəçi ehtiyaclarının və maliyyə axınlarının təhlili

İlk mərhələdə Bolt sürücülərinin gündəlik fəaliyyət prosesi, qazanc və balans əməliyyatları, köçürmə ehtiyacları, həmçinin fleet sahiblərinin idarəetmə tələbləri təhlil edildi.

Sürücülərin gediş məlumatlarına baxması, balansını artırması, qazancını izləməsi və vəsaitini köçürməsi daxil olmaqla əsas istifadəçi ssenariləri müəyyənləşdirildi.

Təhlilin nəticələrinə əsasən sürücülər və fleet operatorları üçün fərqli funksiyaları vahid ekosistemdə birləşdirən platformanın strukturu formalaşdırıldı.

Addım 2

Sürücülər üçün mobil tətbiqin hazırlanması

Sürücülərin bütün əsas maliyyə əməliyyatlarını vahid interfeys üzərindən həyata keçirməsi üçün sadə və istifadəsi rahat mobil tətbiq hazırlandı.

Tətbiq vasitəsilə sürücülər gedişlərini və qazanc məlumatlarını real vaxt rejimində izləyə, cari balanslarını yoxlaya, balans artırma və ani köçürmə əməliyyatlarını bir neçə addımla həyata keçirə bilirlər.

Əməliyyat statuslarının dərhal yenilənməsi sürücülərə vəsaitlərinin hərəkətini daha şəffaf şəkildə izləməyə və maliyyə proseslərini operativ idarə etməyə imkan verdi.

Fleet idarəetməsi

Nəzarət, limitlər və nağd gedişlərin idarəsi

Fleet və park sahibləri üçün sürücülərin fəaliyyətini vahid mərkəzdən idarə etməyə imkan verən admin panel yaradıldı.

Panel vasitəsilə sürücülərin əməliyyatlarına və balans məlumatlarına nəzarət etmək, gündəlik və həftəlik limitlər müəyyənləşdirmək, nağd gedişləri bloklamaq və ya yenidən aktivləşdirmək mümkün oldu.

Bu funksiyalar fleet sahiblərinə mümkün maliyyə risklərini azaltmaq, sürücülərin fəaliyyətini daha sistemli şəkildə idarə etmək və əməliyyatlara operativ müdaxilə etmək imkanı yaratdı.

Addım 3

Ödəniş və köçürmə sistemlərinin inteqrasiyası

Pulse platforması Bolt və ödəniş sistemləri ilə inteqrasiya edilərək məlumatların avtomatik ötürülməsi və maliyyə əməliyyatlarının operativ emalı təmin edildi.

Sürücülərin qazanc və balans məlumatları sistemdə yenilənir, köçürmə sorğuları dərhal emala yönləndirilir və əməliyyatın nəticəsi tətbiqdə əks olunur.

Bütün əməliyyatların elektron şəkildə qeydə alınması maliyyə axınlarının izlənilməsini asanlaşdırdı və manual proseslərə olan ehtiyacı azaltdı.

Əməliyyatların idarə edilməsi

Real vaxt monitorinqi və uçot

Platformada sürücülərin gedişləri, qazancı, balans dəyişiklikləri və köçürmə əməliyyatları vahid sistemdə qeydə alınır.

Fleet sahibləri həyata keçirilən əməliyyatların tarixçəsini və cari statusunu idarəetmə panelindən izləyə, sürücülər isə mobil tətbiq üzərindən öz maliyyə məlumatlarına operativ çıxış əldə edə bilirlər.

Mərkəzləşdirilmiş məlumat axını əməliyyatların uçotunu daha dəqiq və şəffaf etdi, hesabatların hazırlanmasını və proseslərin təhlilini asanlaşdırdı.

Texniki yanaşma

Pulse mobil tətbiq və admin paneldən ibarət vahid rəqəmsal ekosistem formasında quruldu. Platformada məlumatların real vaxt rejimində yenilənməsi, maliyyə əməliyyatlarının təhlükəsiz emalı və istifadəçi rollarına uyğun giriş imkanları təmin edildi.

Sistemin çevik arxitekturası yeni sürücülərin və fleetlərin platformaya qoşulmasına, əlavə ödəniş funksiyalarının və idarəetmə alətlərinin gələcəkdə sistemə inteqrasiya edilməsinə imkan verir.

Əməliyyatların elektron şəkildə qeydə alınması və izlənilməsi isə tam audit və daha dəqiq maliyyə uçotu üçün etibarlı əsas yaratdı.

Layihənin nəticəsi

Pulse platformasının istifadəyə verilməsi ilə Bolt sürücülərinin maliyyə əməliyyatlarına çıxışı daha sürətli və rahat oldu. Sürücülər gedişlərini və qazanc məlumatlarını real vaxt rejimində izləmək, balanslarını artırmaq və vəsaitlərini ani şəkildə köçürmək imkanı əldə etdilər.

Fleet və park sahiblərinin sürücülərə nəzarət, limitlərin müəyyənləşdirilməsi və nağd gedişlərin idarə olunması imkanları genişləndi. Bütün əməliyyatların vahid platformada aparılması maliyyə uçotunun daha sistemli və şəffaf şəkildə qurulmasına şərait yaratdı.

Ani köçürmə və real vaxt monitorinqi sürücülərin istifadəçi təcrübəsini yaxşılaşdırdı, əməliyyatların idarə olunmasını isə xeyli sadələşdirdi.

3000+ biznesin ödəniş tərəfdaşı

Satışa başlamaq üçün doğru vaxt - indi

Biznesinizi rəqəmsallaşdırmaq və ya mövcud e-commerce platformanızı gücləndirmək istəyirsiniz? Bütün prosesi sizin üçün qururuq — siz isə nəticəni görürsünüz.

Pulsuz konsultasiya alın