MSolution ilə tanış olun!

MSOLUTION HAQQINDA
Sizin rəqəmsal ödəniş həlləriniz
MSolution 2022-cu ildə bizneslərin ödəniş və texnoloji ehtiyaclarını daha sürətli, təhlükəsiz və effektiv şəkildə həll etmək məqsədilə quruldu. Bu gün biz fərqli sahələrdə fəaliyyət göstərən şirkətlərə ödəniş sistemləri, proqram təminatı və rəqəmsal həllər təqdim edərək onların gündəlik əməliyyatlarını sadələşdiririk.
Bizim statistika
Lisenziyalar və Sertifikatlar
Maliyyə əməliyyatlarınızı etibarlı, sürətli və təhlükəsiz şəkildə həyata keçirin. Standartlara uyğun həllərlə maliyyə axınınızı tam nəzarətdə saxlayın
Mərkəzi Bankın elektron pul təşkilatı lisenziyası
Ətraflı
MSolution bu lisenziya əsasında elektron pul və geniş spektrli ödəniş xidmətləri təqdim edir. Lisenziya şirkətin fəaliyyət imkanlarını və ödəniş bazarındakı mövqeyini gücləndirir.
ISO 27001 İnformasiya Təhlükəsizliyi Sertifikatı
Ətraflı
MSolution ISO 27001 sertifikatına malikdir. Sertifikat şirkətdə informasiya təhlükəsizliyinin beynəlxalq tələblərə uyğun və sistemli şəkildə idarə olunduğunu təsdiqləyir.
PCI DSS Uyğunluq Sertifikatı
Ətraflı
MSolution PCI DSS standartına uyğunluğunu yenidən təsdiqləyib. Sertifikat kart məlumatlarının qorunması üzrə proseslərin beynəlxalq təhlükəsizlik tələblərinə uyğunluğunu göstərir.
Fərdi məlumatların informasiya sistemləri üzrə lisenziya
Ətraflı
MSolution Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziyaya malikdir. Lisenziya şirkətə fərdi məlumat ehtiyatlarını formalaşdırmaq, informasiya sistemləri yaratmaq və bu sahədə xidmətlər göstərmək imkanı verir.
Mastercard və Visa rəsmi tərəfdaşlığı
Ətraflı
Mastercard və Visa tərəfindən rəsmi Payment Facilitator (PSP) kimi tanınırıq. Bu status bizə bizneslər üçün beynəlxalq standartlara uyğun, təhlükəsiz və çevik kart ödənişi həlləri təqdim etməyə imkan verir.
Satışa başlamaq üçün doğru vaxt - indi
Biznesinizi rəqəmsallaşdırmaq və ya mövcud e-commerce platformanızı gücləndirmək istəyirsiniz? Bütün prosesi sizin üçün qururuq — siz isə nəticəni görürsünüz.
Pulsuz konsultasiya alın