E-COM: Onlayn satış təcrübəsi
Saytınızda və mobil tətbiqinizdə kart və rəqəmsal cüzdan ödənişlərini qəbul edin. Təhlükəsiz checkout, real vaxt monitorinqi və vahid inteqrasiya ilə onlayn satışlarınızı inkişaf etdirin.

NƏ ÜÇÜN E-COM?
Rəqəmsal ticarət artıq trend deyil, standartdır.
Rahat ödəniş təcrübəsi
Müştəriləriniz istənilən vaxt ödəniş edə bilər
Checkout prosesi nə qədər rahatdırsa, satış bir o qədər çox olur
Çoxlu ödəniş üsulu müştəri itkisini azaldır
Təhlükəsizlik və nəzarət
Təhlükəsiz ödəniş mühiti etibarı artırır
Real-time izlənmə ilə hər əməliyyatı anlıq görürsünüz
Geri ödəniş və ləğvetmə prosesləri avtomatik idarə olunur
İnteqrasiya və dəstək
Mövcud platformanıza asanlıqla inteqrasiya olunur
Texniki dəstək həmişə yanınızdadır
Biznesiniz böyüdükcə sistem də miqyaslanır
4 addımda E-com hazır olsun!
Biznesinizin ödəniş ehtiyacını analiz edir, inteqrasiyanı qurur, test edir və canlı rejimdə dəstəkləyirik.
ELƏ İNDİ BAŞLAYINMəsləhət & Planlaşdırma
Biznesinizin ödəniş ehtiyaclarını analiz edirik. Hansı ödəniş üsullarının sizə uyğun olduğunu müəyyənləşdirib ən optimal inteqrasiya yolunu planlaşdırırıq.
Məqsəd: Düzgün ödəniş modelini seçməkÖdəniş İnteqrasiyası
Kart, Apple Pay, Google Pay, bank tətbiqləri və digər ödəniş üsullarını mövcud platformanıza inteqrasiya edirik. Bütün texniki işlər MSolution tərəfindən həyata keçirilir.
Məqsəd: Ödəniş kanallarını vahid axına qoşmaqTest & Yoxlama
Bütün ödəniş axınları canlıya keçmədən əvvəl ətraflı test edilir. Sistem tam etibarlı və stabil vəziyyətə gətirilir.
Məqsəd: Stabil və xətasız launchİşə Salınma & Dəstək
Ödəniş sistemi canlı rejimdə işə salınır. MSolution komandası sonrakı mərhələdə də texniki dəstək göstərməyə davam edir.
Məqsəd: Davamlı satış və dəstəkÜstünlüklər
Fasiləsiz Satış İmkanı
E-com platforması 7/24 aktiv qalır. Müştəriləriniz istənilən vaxt, istənilən yerdən sifariş verə bilər.
Geniş Müştəri Kütləsi
Fiziki mağaza məhdudiyyətlərindən azad olursunuz. Ölkə daxilindən və xaricindən müştərilərə çatmaq mümkün olur.
Satış Artımı
Checkout prosesi nə qədər sürətli və sadə olarsa, müştəri itkisi bir o qədər azalır. Rahat ödəniş təcrübəsi birbaşa satış həcminə təsir edir.
Təhlükəsizlik prioritetimizdir
Müştərilərinizin ödənişlərini istənilən vaxt, istənilən yerdən təhlükəsiz və sürətli şəkildə qəbul etməsi üçün stabil infrastruktur qururuq.
Satışa başlamaq üçün doğru vaxt - indi
Biznesinizi rəqəmsallaşdırmaq və ya mövcud e-commerce platformanızı gücləndirmək istəyirsiniz? Bütün prosesi sizin üçün qururuq — siz isə nəticəni görürsünüz.
Pulsuz konsultasiya alın