MyGov

MyGov – MultiPay HUB inteqrasiyası

MultiPay HUB vasitəsilə MyGov üçün müasir ödəniş infrastrukturu quruldu. Platforma vətəndaşlara ödənişlərini kart, Apple Pay və Google Pay vasitəsilə rahat, təhlükəsiz və real vaxt rejimində həyata keçirməyə imkan verdi.

MyGov – MultiPay HUB inteqrasiyasıDövlət | Rəqəmsal hökumət
building iconMüştəriİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və MyGov istifadəçiləri
card iconXidmətÖdəniş platformasının hazırlanması və inteqrasiyası
integration iconİnteqrasiyaMyGov və MultiPay HUB
features iconİmkanlarKartın yadda saxlanılması, Apple Pay, Google Pay və çevik ödəniş məntiqi

Problem

MyGov platformasında ödəniş imkanı mövcud olsa da, istifadəçilər üçün kartın yadda saxlanılması, Apple Pay və Google Pay vasitəsilə ödəniş funksiyaları təqdim edilmirdi. Bu isə ödəniş prosesinin daha çox addım tələb etməsinə və istifadəçi təcrübəsinin məhdudlaşmasına səbəb olurdu.

Eyni zamanda, müxtəlif dövlət qurumlarının xidmətlərinə uyğun fərqli və mürəkkəb ödəniş ssenarilərinin tətbiqi üçün daha çevik infrastruktura ehtiyac yaranmışdı. Ödənişlərin dərhal emal edilməsi və hesablaşmaların avtomatlaşdırılması da layihənin əsas tələblərindən biri idi.

Addım 1

Ödəniş ssenarilərinin təhlili

İlk mərhələdə MyGov platformasında təqdim olunan xidmətlərin ödəniş axınları və istifadəçi ssenariləri təhlil edildi. Müxtəlif dövlət qurumlarının xidmətlərinə uyğun ödəniş qaydaları, əməliyyat mərhələləri və hesablaşma tələbləri müəyyənləşdirildi.

Təhlil nəticəsində fərqli ödəniş məntiqlərini vahid platforma üzərindən idarə edə biləcək çevik sistem arxitekturası formalaşdırıldı.

Addım 2

MultiPay HUB inteqrasiyasının qurulması

MyGov platforması MultiPay HUB ilə inteqrasiya edildi. İnteqrasiya vasitəsilə ödənişlərin təhlükəsiz şəkildə qəbul edilməsi, dərhal emal olunması və əməliyyat statuslarının real vaxt rejimində yenilənməsi təmin edildi.

MultiPay HUB-un çevik infrastrukturu müxtəlif xidmətlər və dövlət qurumları üçün fərqli ödəniş məntiqlərinin tətbiqinə imkan yaratdı. Beləliklə, hər bir xidmətin tələblərinə uyğun ödəniş axını vahid sistem daxilində idarə olundu.

Ödəniş imkanlarının genişləndirilməsi

Kartın yadda saxlanılması, Apple Pay və Google Pay

İstifadəçi təcrübəsini daha rahat və sürətli etmək üçün platformaya kartın yadda saxlanılması funksiyası əlavə edildi. İstifadəçilər kart məlumatlarını hər ödəniş zamanı yenidən daxil etmədən əməliyyatlarını daha az addımla həyata keçirmək imkanı əldə etdilər.

Apple Pay və Google Pay dəstəyinin əlavə edilməsi ilə istifadəçilərə mobil cihazları üzərindən sürətli və təhlükəsiz ödəniş etmək imkanı təqdim olundu. Bu funksiyalar ödəniş prosesini sadələşdirməklə yanaşı, müasir rəqəmsal ödəniş vərdişlərinə uyğun istifadəçi təcrübəsi formalaşdırdı.

Addım 3

Əməliyyatların emalı və hesablaşmaların avtomatlaşdırılması

Platforma üzərindən həyata keçirilən ödənişlərin dərhal emal olunması və nəticənin istifadəçiyə real vaxt rejimində təqdim edilməsi təmin edildi.

Ödəniş məlumatları müvafiq qaydalar əsasında avtomatik emal edildi, hesablaşma prosesi sistem üzərindən həyata keçirildi və manual müdaxiləyə ehtiyac azaldıldı. Bu yanaşma əməliyyatların daha sürətli, dəqiq və şəffaf şəkildə idarə olunmasına imkan yaratdı.

Texniki yanaşma

İnteqrasiya təhlükəsizlik, yüksək əlçatanlıq və çeviklik prinsipləri əsasında quruldu. Sistem müxtəlif dövlət xidmətlərinin ödəniş tələblərinə uyğunlaşdırılaraq fərqli əməliyyat məntiqlərinin vahid platformada tətbiq edilməsinə imkan verdi.

MultiPay HUB-un çevik arxitekturası gələcəkdə yeni ödəniş üsullarının, xidmətlərin və əlavə funksiyaların sistemə daha rahat inteqrasiya olunmasını da mümkün edir.

Layihənin nəticəsi

MyGov və MultiPay HUB inteqrasiyası nəticəsində vətəndaşlar dövlət xidmətləri üzrə ödənişlərini daha rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirmək imkanı əldə etdilər.

Kartın yadda saxlanılması, Apple Pay və Google Pay dəstəyi ödəniş prosesindəki addımların azalmasına və istifadəçi təcrübəsinin yaxşılaşmasına şərait yaratdı. Ödənişlərin real vaxt rejimində emal olunması və hesablaşmaların avtomatlaşdırılması isə əməliyyatların idarə edilməsini daha səmərəli etdi.

MultiPay HUB vasitəsilə müxtəlif dövlət qurumlarının tələblərinə uyğun fərqli ödəniş məntiqlərinin tətbiqi mümkün oldu və MyGov platformasının ödəniş infrastrukturu daha çevik və funksional formada yeniləndi.

3000+ biznesin ödəniş tərəfdaşı

Satışa başlamaq üçün doğru vaxt - indi

Biznesinizi rəqəmsallaşdırmaq və ya mövcud e-commerce platformanızı gücləndirmək istəyirsiniz? Bütün prosesi sizin üçün qururuq — siz isə nəticəni görürsünüz.

Pulsuz konsultasiya alın