Bələdiyyə ödənişləri

Bələdiyyə ödənişləri üzrə avtomatlaşdırılmış platforma

Bələdiyyə ödənişləri üçün yaradılan platforma vətəndaşların ödənişlərini birbaşa və təhlükəsiz şəkildə həyata keçirməsinə, bələdiyyələrin isə maliyyə axınını şəffaf və avtomatlaşdırılmış formada idarə etməsinə imkan verdi.

Bələdiyyə ödənişləri üzrə avtomatlaşdırılmış platformaDövlət | Rəqəmsal hökumət
building iconMüştəriBələdiyyələr və vətəndaşlar
card iconXidmətAvtomatlaşdırılmış ödəniş platformasının hazırlanması və inteqrasiyası
integration iconİnteqrasiyaAni Ödəniş Sistemi
features iconİmkanlarBirbaşa ödəniş, avtomatik komissiya paylanması və real vaxt monitorinqi

Problem

Bələdiyyə ödənişlərinin həyata keçirilməsi zamanı vətəndaşların istifadə edə biləcəyi bank və ödəniş kanallarının məhdud olması prosesi çətinləşdirirdi. Müxtəlif texniki tələblərin icrası və sistemlər arasında məlumat mübadiləsinin təmin edilməsi də əlavə vaxt və resurs tələb edirdi.

Ödənişlərin emalında yaranan gecikmələr və mümkün texniki səhvlər həm vətəndaşların istifadəçi təcrübəsinə, həm də bələdiyyələrin maliyyə proseslərinə təsir göstərirdi.

Komissiyaların əl ilə hesablanması və paylanması isə səhv riskini artırır, əməliyyatların yoxlanılması və hesabatların hazırlanması üçün əlavə iş yükü yaradırdı.

Addım 1

Ödəniş proseslərinin təhlili

İlk mərhələdə bələdiyyə ödənişlərinin mövcud icra prosesi, vətəndaşların istifadə etdiyi ödəniş kanalları və bələdiyyələrin maliyyə idarəetmə ehtiyacları təhlil edildi.

Ödənişin başladılmasından vəsaitin bələdiyyənin hesabına köçürülməsinə, komissiyaların hesablanmasına və əməliyyatın sistemdə qeydə alınmasına qədər bütün mərhələlər müəyyənləşdirildi.

Təhlilin nəticələrinə əsasən ödənişləri vahid platforma üzərindən avtomatlaşdırmağa imkan verən texniki struktur və əməliyyat axını formalaşdırıldı.

Addım 2

Ani Ödəniş Sistemi ilə inteqrasiya

Platformanın Ani Ödəniş Sistemi ilə inteqrasiyası təmin edildi. İnteqrasiya vasitəsilə vətəndaşların həyata keçirdiyi ödənişlərin birbaşa aidiyyəti bələdiyyənin hesabına yönləndirilməsi mümkün oldu.

Əməliyyat məlumatları sistemlər arasında avtomatik ötürülür, ödəniş statusları real vaxt rejimində yenilənir və nəticə dərhal sistemdə əks olunur.

Bu yanaşma ödənişlərin emal müddətini azaltdı, manual müdaxiləyə ehtiyacı minimuma endirdi və maliyyə əməliyyatlarının daha dəqiq həyata keçirilməsinə imkan yaratdı.

Ödənişlərin idarə edilməsi

Avtomatik komissiya paylanması və real vaxt monitorinqi

Platformada hər bir ödəniş üzrə komissiyaların əvvəlcədən müəyyən edilmiş qaydalar əsasında avtomatik hesablanması və paylanması mexanizmi quruldu.

Ödəniş məbləği və komissiya payları sistem tərəfindən avtomatik müəyyən edilir və aidiyyəti istiqamətlər üzrə yönləndirilir. Bununla da əl ilə hesablamalar aradan qaldırılır və səhv ehtimalı azalır.

Bələdiyyələr həyata keçirilən ödənişləri, əməliyyat statuslarını və maliyyə axınını vahid sistem üzərindən real vaxt rejimində izləmək imkanı əldə edirlər.

Addım 3

Hesablaşmaların və hesabatlılığın avtomatlaşdırılması

Əməliyyatların avtomatik emal edilməsi nəticəsində vəsaitlərin bələdiyyələrin hesablarında ən gec bir iş günü ərzində əks olunması təmin edildi.

Platformada bütün ödənişlərin tarixçəsi, məbləği, komissiya paylanması və cari statusu qeydə alınır. Bu məlumatlar əsasında bələdiyyələr maliyyə əməliyyatlarını daha rahat izləyə və hesabatları operativ şəkildə əldə edə bilirlər.

Sistem istifadəyə verilməzdən əvvəl müxtəlif ödəniş ssenariləri, texniki yüklənmələr və mümkün xəta halları üzrə sınaqdan keçirildi.

Texniki yanaşma

Platforma təhlükəsiz məlumat mübadiləsi, real vaxt rejimində emal və avtomatlaşdırılmış hesablaşma prinsipləri əsasında quruldu.

Ödəniş məlumatlarının sistemlər arasında dəqiq ötürülməsi, əməliyyat statuslarının sinxronlaşdırılması və komissiyaların düzgün paylanması təmin edildi.

Sistemin çevik arxitekturası gələcəkdə yeni bələdiyyələrin, ödəniş kanallarının və əlavə funksiyaların platformaya inteqrasiya olunmasına imkan verir.

Layihənin nəticəsi

Bələdiyyə ödənişləri üzrə yaradılan platforma ödənişlərin qəbulunu, emalını və komissiyaların paylanmasıni avtomatlaşdırdı.

Vətəndaşlar ödənişlərini daha rahat, sürətli və etibarlı şəkildə həyata keçirmək imkanı əldə etdilər. Ödənişlərin birbaşa bələdiyyələrin hesablarına yönləndirilməsi əməliyyat müddətini azaltdı və proseslərin şəffaflığını artırdı.

Bələdiyyələr isə maliyyə axınını və əməliyyat statuslarını real vaxt rejimində izləmək, ödəniş məlumatlarını vahid sistem üzərindən idarə etmək və hesabatları daha operativ hazırlamaq imkanı qazandılar.

3000+ biznesin ödəniş tərəfdaşı

Satışa başlamaq üçün doğru vaxt - indi

Biznesinizi rəqəmsallaşdırmaq və ya mövcud e-commerce platformanızı gücləndirmək istəyirsiniz? Bütün prosesi sizin üçün qururuq — siz isə nəticəni görürsünüz.

Pulsuz konsultasiya alın