
Reysqabağı Texniki Yoxlama Platforması — INVA
INVA sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin reysdən əvvəl texniki vəziyyətinin yoxlanılmasını rəqəmsallaşdıran platformadır. Sistem yerində və ya videoəsaslı yoxlama, onlayn ödəniş, nəticələrin operativ bildirilməsi və bütün proseslərin vahid mərkəzdən idarə olunmasını təmin edir.
Özəl sektor | Mobil tətbiq və admin panelProblem
Reysqabağı texniki yoxlama prosesləri əsasən kağız sənədlər və ənənəvi üsullar üzərindən həyata keçirilirdi. Məlumatların manual şəkildə qeydə alınması prosesin daha çox vaxt tələb etməsinə, sənədlərin idarə olunmasının çətinləşməsinə və yoxlama nəticələrinin operativ izlənilə bilməməsinə səbəb olurdu.
Nəqliyyat vasitələrinin texniki yoxlamadan keçməsi üçün fiziki olaraq müvafiq məntəqəyə gəlməsi tələb edilirdi. Məsafədən vizual və videoəsaslı yoxlama imkanının olmaması xüsusilə uzaq məsafələrdə fəaliyyət göstərən daşıyıcılar üçün əlavə vaxt və resurs itkisi yaradırdı.
Ödənişlərin müxtəlif və məhdud kanallarla pərakəndə şəkildə toplanması da proseslərin idarə olunmasını çətinləşdirirdi. Hüquqi şəxslər ödənişi həyata keçirdikdən sonra məlumatın sistemdə gec əks olunması səbəbindən xidmətdən dərhal istifadə edə bilmirdilər.
Texniki yoxlama proseslərinin təhlili
İlk mərhələdə nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlama prosesi, daşıyıcıların və sürücülərin istifadə ssenariləri, həmçinin texniki nəzarəti həyata keçirən təşkilatların tələbləri təhlil edildi.
Yoxlamanın başladılmasından nəticənin təsdiqlənməsinə, ödənişin həyata keçirilməsindən xidmətin aktivləşdirilməsinə qədər bütün mərhələlər müəyyənləşdirildi.
Təhlilin nəticələrinə əsasən yerində və məsafədən yoxlama imkanlarını, ödəniş prosesini və inzibati idarəetməni vahid sistemdə birləşdirən platformanın texniki strukturu formalaşdırıldı.
Mobil tətbiq və videoəsaslı yoxlama
Sürücülərin və daşıyıcıların nəqliyyat vasitəsini məsafədən texniki yoxlamaya təqdim etməsi üçün mobil tətbiq hazırlandı.
Tətbiq vasitəsilə istifadəçilər tələb olunan mərhələlər üzrə video görüntülər təqdim edir, yoxlamanın statusunu izləyir və nəticə barədə sistem üzərindən məlumat alırlar. Zərurət yarandıqda texniki yoxlamanın yerində həyata keçirilməsi imkanı da saxlanılır.
Bu yanaşma nəqliyyat vasitəsinin hər dəfə fiziki yoxlama məntəqəsinə gətirilməsi zərurətini azaltdı və prosesin daha çevik təşkil olunmasına imkan yaratdı.
İdarəetmə sistemi
Admin və daşıyıcı panellərinin hazırlanması
Texniki nəzarəti həyata keçirən təşkilatlar üçün geniş funksiyalı admin panel yaradıldı. Panel vasitəsilə müqavilələrin, daşıyıcı şirkətlərin, sürücülərin, nəqliyyat vasitələrinin və yoxlama nəticələrinin vahid sistem üzərindən idarə olunması təmin edildi.
Daşıyıcılar üçün ayrıca idarəetmə paneli hazırlanaraq onlara sürücülərin və nəqliyyat vasitələrinin məlumatlarını izləmək, yoxlamaların vəziyyətini yoxlamaq və əməliyyat tarixçəsinə çıxış əldə etmək imkanı verildi.
İstifadəçi rollarına uyğun fərqli giriş və nəzarət imkanları məlumatların daha təhlükəsiz və sistemli idarə olunmasına şərait yaratdı.
Ödəniş sistemlərinin inteqrasiyası
INVA platforması kart infrastrukturu və bank sistemləri ilə inteqrasiya edildi. İnteqrasiya vasitəsilə həm kartla, həm də birbaşa bank hesabından ödəniş imkanları yaradıldı.
Hüquqi şəxslər tərəfindən həyata keçirilən ödənişlərin sistemdə avtomatik təsdiqlənməsi və ödəniş başa çatdıqdan dərhal sonra xidmətin aktivləşdirilməsi təmin edildi.
Ödəniş statuslarının real vaxt rejimində yenilənməsi manual yoxlama ehtiyacını azaltdı və istifadəçilərin xidmətdən gözləmədən yararlanmasına imkan verdi.
Əməliyyatların izlənilməsi
Avtomatik bildiriş və status nəzarəti
Platformada texniki yoxlamanın və ödənişin hər bir mərhələsi üzrə status izləmə mexanizmi quruldu.
Yoxlama nəticələri sistemdə təsdiqləndikdən sonra istifadəçilərə avtomatik şəkildə bildirilir. Daşıyıcılar və aidiyyəti təşkilatlar yoxlamanın cari vəziyyətini, nəticəsini və ödəniş məlumatlarını vahid platforma üzərindən izləyə bilirlər.
Bu mexanizm proseslərin şəffaflığını artırdı və tərəflər arasında əlavə məlumat mübadiləsinə olan ehtiyacı azaltdı.
Texniki yanaşma
INVA mobil tətbiq, admin panel və daşıyıcı panelindən ibarət vahid rəqəmsal ekosistem formasında quruldu. Sistem məlumatların təhlükəsiz ötürülməsi, real vaxt rejimində yenilənməsi və istifadəçi səlahiyyətlərinə uyğun idarə olunması prinsipləri əsasında hazırlandı.
Video məlumatların sistemə təhlükəsiz yüklənməsi, yoxlama nəticələrinin qeydə alınması və ödəniş statuslarının sinxronlaşdırılması təmin edildi.
Platformanın çevik arxitekturası yeni daşıyıcıların, texniki yoxlama təşkilatlarının, ödəniş kanallarının və əlavə funksiyaların gələcəkdə sistemə inteqrasiya olunmasına imkan verir.
Layihənin nəticəsi
INVA platformasının istifadəyə verilməsi ilə reysqabağı texniki yoxlama prosesi daha sürətli, şəffaf və etibarlı şəkildə həyata keçirilməyə başladı.
Daşıyıcılar və sürücülər nəqliyyat vasitələrini məsafədən videoəsaslı və ya yerində yoxlamaya təqdim etmək, prosesin statusunu izləmək və nəticəni operativ şəkildə əldə etmək imkanı qazandılar.
Ödəniş həyata keçirildikdən dərhal sonra xidmətin aktivləşdirilməsi gözləmə müddətini aradan qaldırdı. Kartla yanaşı, birbaşa bank hesabından ödəniş imkanının yaradılması hüquqi şəxslər üçün prosesi daha rahat etdi.
Müqavilələrin, istifadəçilərin, nəqliyyat vasitələrinin, yoxlama nəticələrinin və ödənişlərin vahid sistemdə idarə olunması nəticəsində inzibati proseslər rəqəmsallaşdırıldı və əməliyyat səmərəliliyi artırıldı.
Satışa başlamaq üçün doğru vaxt - indi
Biznesinizi rəqəmsallaşdırmaq və ya mövcud e-commerce platformanızı gücləndirmək istəyirsiniz? Bütün prosesi sizin üçün qururuq — siz isə nəticəni görürsünüz.
Pulsuz konsultasiya alın