
Restoranlar üçün masadan ödəniş və avtomatik paylanma sistemi
MSolution və IZZY-nin birgə həlli müştərilərə masadakı QR kod vasitəsilə hesabı görmək və ödənişi tamamlamaq, restoranlara isə daxil olan vəsaiti filiallar üzrə real vaxtda avtomatik bölmək imkanı yaratdı.
Restoranlar | QR əsaslı ödənişProblem
Restoran və kofeşoplarda ənənəvi ödəniş prosesi müştərinin hesabı istəməsi, ofisiantın POS terminalı gətirməsi və ödənişin kassada tamamlanması kimi bir neçə mərhələdən ibarətdir. Bu proses gözləmə müddətini artırır və xidmətin sürətinə təsir göstərir.
Bir neçə filialı olan obyektlərdə daxil olan vəsaitlərin uyğun filiallar üzrə paylanması, gün sonu hesablaşmalarının aparılması və filiallararası köçürmələr əlavə maliyyə və mühasibatlıq yükü yaradır.
Eyni zamanda, əlavə POS terminallarının alınması, quraşdırılması və texniki xidməti obyektlər üçün əlavə xərc deməkdir. Buna görə menyudan ödənişədək bütün prosesi vahid QR kodda birləşdirən və vəsait paylanmasını avtomatlaşdıran həllə ehtiyac var idi.
Ödəniş prosesinin təhlili və sistemin layihələndirilməsi
Restoranlarda müştərinin menyu ilə tanış olmasından ödənişin tamamlanmasına qədər olan proses təhlil edildi. Müştəri təcrübəsi, ödənişin sürəti, filiallar üzrə hesablaşmalar və mövcud əməliyyat yükü əsas meyarlar kimi müəyyənləşdirildi.
Təhlilin nəticələrinə əsasən, müştərinin əlavə tətbiq yükləmədən və POS terminalı gözləmədən ödəniş edə biləcəyi, vəsaitin isə uyğun filial üzrə avtomatik yönləndiriləcəyi sistem layihələndirildi.
IZZY platformasına ödəniş həllinin inteqrasiyası
MSolution-un ödəniş infrastrukturu IZZY platformasına inteqrasiya edildi. Müştəri masadakı eyni QR kodu skan edərək menyu ilə tanış olur, hesabını görür və ödəniş mərhələsinə keçir.
Ödəniş Apple Pay, Google Pay və bank tətbiqləri üzərindən AniPay QR vasitəsilə həyata keçirilir. Əməliyyat tamamlandıqdan sonra ödəniş məlumatı dərhal obyektin sisteminə ötürülür. Proses üçün əlavə POS terminalına ehtiyac qalmır.
MultiSplit ilə avtomatik paylanma və real vaxt monitorinqi
MSolution MultiSplit funksionallığı vasitəsilə daxil olan vəsaitlərin filiallar üzrə avtomatik paylanması təmin edildi. Hər ödəniş uyğun filiala yönləndirilir və əməliyyatın nəticəsi real vaxt rejimində izlənilir.
Bu mexanizm gün sonu hesablaşmalarına, filiallararası köçürmələrə və ödənişlərin əl ilə paylanmasınə ehtiyacı azaldır. Nəticədə maliyyə prosesləri daha sürətli, şəffaf və idarəolunan olur.
Ödəniş ssenarilərinin sınaqdan keçirilməsi
QR kodun oxudulmasından ödənişin tamamlanmasına və vəsaitin uyğun filial üzrə yönləndirilməsinə qədər bütün əsas ssenarilər sınaqdan keçirildi.
Apple Pay, Google Pay və AniPay QR ilə ödənişlərin işləməsi, əməliyyat nəticələrinin sistemə ötürülməsi və filiallar üzrə paylanmanın düzgün aparılması yoxlanıldı. Həll real istifadə şəraitində bir neçə obyektdə tətbiq edildi.
Texniki yanaşma
Həll təhlükəsizlik, sürət və rahat istifadə prinsipləri əsasında quruldu. MSolution-un müxtəlif banklar və prosessinq mərkəzləri ilə inteqrasiyası obyektlərə əməkdaşlıq etdikləri bankdan asılı olmayaraq sistemə qoşulmaq imkanı verir.
IZZY platforması ilə MSolution ödəniş infrastrukturu arasında məlumat mübadiləsi avtomatlaşdırıldı. QR menyu, hesab məlumatı, ödəniş statusu və MultiSplit paylanması vahid proses daxilində əlaqələndirildi.
Layihənin nəticəsi
MSolution və IZZY-nin birgə həlli nəticəsində restoranlar üçün menyudan ödənişədək bütün prosesi əhatə edən vahid sistem yaradıldı.
Müştərilər masadan qalxmadan eyni QR kod vasitəsilə hesablarını görür və Apple Pay, Google Pay və ya AniPay QR ilə ödənişlərini tamamlayırlar. Obyektlərdə əlavə POS terminalının quraşdırılmasına ehtiyac qalmır.
MultiSplit funksionallığı daxil olan vəsaitləri filiallar üzrə real vaxtda avtomatik bölür. Bununla da gün sonu hesablaşmaları, filiallararası köçürmələr və əlavə mühasibatlıq yükü azalır. Həll hazırda bir neçə obyektdə uğurla tətbiq olunur.
Satışa başlamaq üçün doğru vaxt - indi
Biznesinizi rəqəmsallaşdırmaq və ya mövcud e-commerce platformanızı gücləndirmək istəyirsiniz? Bütün prosesi sizin üçün qururuq — siz isə nəticəni görürsünüz.
Pulsuz konsultasiya alın