Monitorinq və Texniki Dəstək Mütəxəssisi
Əsas gözləntimiz sistemlərin fasiləsiz işləməsinə nəzarət etmək, yaranan problemlərə operativ reaksiya vermək və texniki komanda ilə kommunikasiya etmək. • Proaktiv monitorinq: Monitorinq alətləri (monitoring tools) vasitəsilə sistemlərin, ödəniş kanallarının və funksionallığın daimi izlənilməsi. • İnsidentlərin idarə edilməsi: - Xəta baş verdikdə ilkin araşdırmanın aparılması - Problemin kritikliyini təyin etmək • Müştəri dəstəyi və kommunikasiya: Müştərilərdən gələn sorğuların (zəng, mesaj, email) qəbulu, ilk cavabın verilməsi və həll edilməsi. • Manual testlər: Sistem yenilənmələri və ya şübhəli hallar zamanı tətbiqləri (app) və veb-interfeysləri bir istifadəçi kimi yoxlamaq/test etmək. • İzləmə (Follow-up): Qeydə alınan problemlərin həll olunana qədər təqib edilməsi, müştəriyə status barədə məlumat verilməsi.
Texniki biliklər:
- IT sahəsində ümumi anlayış və ya təhsil (Computer Science, IT management və s.).
- Android/IOS əməliyyat sistemlərində istifadəçi səviyyəsində dərin bilik (tətbiqləri test etmək üçün).
- Sorğu/tapşırıq idarəetmə sistemləri (Jira, Helpdesk və s.) ilə işləmək təcrübəsi (üstünlükdür).
- SQL sorğuları barədə baza biliklər (üstünlükdür).
Dil bilikləri:
- Azərbaycan dili – Səlis (yazılı və şifahi).
- Rus dili – Yaxşı səviyyədə (üstünlükdür).
- İngilis dili – Texniki sənədləri və xətaları oxuya biləcək səviyyədə.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyət: Gecə növbəsində müstəqil qərar verə bilmək bacarığı.
- Problem həll etmə bacarığı (Problem-solving): Emosiyaya yox, həll yoluna fokuslanmaq.
- Kritik düşünmə (Critical thinking): Vəziyyəti obyektiv qiymətləndirmək, tələsik və emosional qərarlardan qaçmaq.
- Analitik düşüncə: Problemin kökünü tez tapmaq və düzgün şəxsə yönəltmək bacarığı.
Biz nə təklif edirik?
- Peşəkar inkişaf və Fintek sahəsində təcrübə qazanmaq imkanı.
- Səmimi komandada işləmək.
- Rəqabətədavamlı əmək haqqı.
Skills
Accelerate your move to the digital world with MSolution
MSolution helps you manage payments conveniently, securely and quickly. Our team is always ready to provide a solution tailored to your business.
Contact us