Careers
Hüquqşünas
Fintech layihələrinin hüquqi arxitekturasını quracaq, biznes hədəfləri ilə hüquqi risklər arasında balans yaradacaq və dinamik mühitdə komandamızın hüquqi dayağı olacaq peşəkar mütəxəssis axtarırıq.
Vəzifə Öhdəlikləri
- Şirkətin müqavilə, məktub, arayış və digər hüquqi sənədlərini hazırlamaq.
- Müştəri, tərəfdaş, bank və dövlət qurumları ilə hüquqi yazışmalarda iştirak etmək.
- Yeni fintech və ödəniş məhsullarının hüquqi uyğunluğunu analiz etmək.
- E-commerce, payout, aggregator, prefunding və digər ödəniş modelləri üzrə hüquqi riskləri qiymətləndirmək.
- AML/KYC, compliance və risk proseslərinə hüquqi dəstək göstərmək.
- Mərkəzi Bank və digər tənzimləyici qurumların tələblərinə uyğunluq üzrə sənədləşmədə iştirak etmək.
- Daxili qaydalar, prosedurlar və siyasətlərin hazırlanmasına dəstək vermək.
- Şirkətin hüquqi sənəd dövriyyəsini idarə etmək.
- Məhsul, risk, AML və biznes komandaları ilə birlikdə işləmək.
Tələblər və Bacarıqlar
- Hüquq üzrə ali təhsil.
- Korporativ hüquq, müqavilə hüququ və kommersiya hüququ üzrə biliklər.
- Ödəniş xidmətləri, AML/KYC və compliance tələbləri üzrə anlayış.
- Yeni məhsul və xidmətlərin yaradılması zamanı hüquqi uyğunluğu qiymətləndirmək bacarığı.
- Müqavilə, rəsmi məktub, arayış və daxili hüquqi sənədlərin hazırlanması bacarığı.
- Azərbaycan Respublikasının mülki, əmək, vergi və sahibkarlıq qanunvericiliyi üzrə biliklər.
- Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik.
- Müstəqil işləmək və prioritetləri düzgün idarə etmək bacarığı.
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.
Üstünlük hesab olunur
- Ödəniş təşkilatı, fintech və ya bank sektorunda iş təcrübəsi.
- Mərkəzi Bank tələbləri və ödəniş xidmətləri qanunvericiliyi ilə tanışlıq.
- AML, compliance və məhsul hüququ üzrə praktik biliklər.
- Hüquqi məsələlərə biznes və risk prizmasından yanaşmaq bacarığı.
- İngilis və rus dili biliyi.
Biz nə təklif edirik?
- Sürətlə böyüyən fintech sektorunda real karyera imkanı.
- Kiçik, çevik və peşəkar komanda mühiti.
- Maraqlı inteqrasiya və innovativ layihələr.
- Peşəkar inkişaf və daimi öyrənmə imkanları.
- Rəqabətli əməkhaqqı.
Skills
Risk AssessmentAnalytical ThinkingDecision MakingCorporate & Contract LawFintech ComplianceLegal DraftingCentral Bank RegulationsE-commerce & Payments LawLegal Operations
A faster solution with MSolution
Accelerate your move to the digital world with MSolution
MSolution helps you manage payments conveniently, securely and quickly. Our team is always ready to provide a solution tailored to your business.
Contact us