Vakansiyalar
Product Owner
Product Owner Proqram təminatı məhsullarının hazırlanması prosesində biznesi və texniki komandanı bir araya gətirəcək, tələbləri formalaşdıracaq və layihələrin effektiv icrasını təmin edəcək Product Owner axtarırıq.
Vəzifə Öhdəlikləri
- Məhsulun inkişaf hədəflərini anlamaq və komandanın gündəlik işlərinin yol xəritəsinə (roadmap) uyğunluğunu təmin etmək.
- Biznes və istifadəçi tələblərini təhlil edərək onları aydın, anlaşılan "User Story"-lərə və texniki tapşırıqlara çevirmək.
- Məhsulun Backlog-unu (Product Backlog) formalaşdırmaq, prioritetləşdirmək və daim aktual saxlamaq.
- Development komandası ilə sıx əməkdaşlıq etmək, sprint ərzində yaranan sualları vaxtında cavablandırmaq və tapşırıqları dəqiqləşdirmək.
- Layihənin ehtiyaclarına uyğun olaraq Agile/Scrum komanda görüşlərində (Sprint planlama, Daily, Retro) iştirak etmək.
- Hazırlanmış funksionallıqların qəbul meyarlarına (Acceptance Criteria) uyğunluğunu yoxlamaq və test (UAT) prosesində iştirak etmək.
- Yeni funksionallıqların tətbiqi zamanı maraqlı tərəflər (stakeholders) və texniki komanda arasında əlaqələndirici rol oynamaq.
Tələblər
- IT və ya proqram təminatının hazırlanması (Software Development) sahəsində Product Owner, Biznes Analitik və ya analoji vəzifədə 1+ il real iş təcrübəsi.
- Proqram təminatının yaradılması prosesləri (SDLC) barədə aydın anlayış və texniki komanda ilə rahat kommunikasiya qurmaq bacarığı.
- Biznes tələblərini analiz etmək, strukturlaşdırmaq və texniki tapşırıqlar şəklində ifadə etmək qabiliyyəti.
- Notion, Jira, Confluence və ya analoji layihə idarəetmə alətləri ilə işləmək təcrübəsi.
- Güclü analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik.
- Komanda ilə effektiv kommunikasiya və problem həlletmə bacarığı.
- Azərbaycan dili — səlis; İngilis və ya Rus dili — texniki sənədləri və tələbləri oxuyub anlamaq üçün kifayət edəcək səviyyədə.
- Fintech və ya ödəniş sistemləri sahəsində təcrübə üstünlükdür (arzuolunandır).
Biz nə təklif edirik?
- Sürətlə böyüyən fintech sektorunda real karyera imkanı.
- Maraqlı inteqrasiya və innovativ layihələr.
- Peşəkar inkişaf və daimi öyrənmə imkanları.
- Rəqabətli əməkhaqqı.
Bacarıqlar
Product ManagementBacklog ManagementCommunication SkillsUser Stories SDLC Jira Confluence Requirements Analysis AgileScrum Fintech
MSolution ilə sürətli həll
Rəqəmsal dünyaya keçidinizi MSolution ilə sürətləndirin
MSolution sizə ödənişlərinizi rahat, təhlükəsiz və sürətli şəkildə idarə etmək imkanı yaradır. Komandamız, biznesinizə uyğun fərdi yanaşmalarla həllər təqdim etməyə hər zaman hazırdır.
Bizimlə əlaqə