MSolution Logo
logo

Pulse – Bolt üçün sürücü nağdlaşdırma və balans idarəetmə platforması

Pulse – Bolt üçün sürücü nağdlaşdırma və balans idarəetmə platforması

Özəl | Mobil + Admin panel

Bolt sürücülərinin gündəlik qazanc və balans idarəçiliyini asanlaşdırmaq üçün komandamız müasir texnologiyalara əsaslanan mobil tətbiq hazırladı. Bu tətbiq sürücülərə maliyyə əməliyyatlarını sürətli, təhlükəsiz və tam şəffaf şəkildə idarə etmək imkanı yaradır.

Müştəri

Bolt – dünyanın aparıcı nəqliyyat platformalarından biri olub, Azərbaycanda minlərlə sürücüyə xidmət göstərir.

Layihə

Layihənin əsas məqsədi Bolt sürücülərinin balans və qazanc əməliyyatlarını daha çevik idarə etməsini təmin etmək idi. Mobil tətbiq vasitəsilə sürücülər gedişlərini izləyə, balanslarını yoxlaya və ani nağdlaşdırma əməliyyatları həyata keçirə bilirlər.

Problemlər

  • Mövcud sistemlər sürücülərin qazancına vaxtında çıxışına imkan vermirdi.
  • Balans artırma və nağdlaşdırma əməliyyatları mürəkkəb və vaxt aparan proses idi.
  • Sürücülər üçün real vaxtda şəffaf izləmə imkanı mövcud deyildi.

Həll

  • Mobil tətbiq vasitəsilə sürücülər: gedişlər və qazanc real vaxtda izlənilir, ani balans artırma və nağdlaşdırma mümkündür, istifadəsi rahat interfeys vasitəsilə bütün əməliyyatlar bir neçə kliklə icra olunur.
  • Fleet sahibləri: idarəetmə paneli vasitəsilə sürücülərin fəaliyyətinə nəzarət edir, limitlər təyin edir, nağd gedişləri bloklaya və ya blokdan çıxara bilirlər.

Nəticələr

  • Sürücülərin maliyyə əməliyyatlarına çıxışı daha sürətli və rahat oldu.
  • Şirkətlər əməliyyatlarını və uçot sistemlərini daha təkmil formada qurdular.
  • Ani nağdlaşdırma funksiyası sürücülərin məmnunluğunu artırdı.
  • Bolt üçün sürücü təcrübəsi optimallaşdırıldı, əməliyyatların idarə edilməsi isə xeyli sadələşdirildi.
Rəqəmsal dünyaya keçidinizi MSolution ilə sürətləndirin

MSolution sizə ödənişlərinizi rahat, təhlükəsiz və sürətli şəkildə idarə etmək imkanı yaradır. Komandamız, biznesinizə uyğun fərdi yanaşmalarla həllər təqdim etməyə hər zaman hazırdır

icon