Mobil Notariat sistemi üçün ödəniş platforması

Dövlət | Rəqəmsal hökumət
Rəqəmsallaşma prosesi hüquqi xidmətlər sahəsinə də tətbiq olunub. MSolution ödəniş platformasını hazırlayaraq sistemi Hökumət Ödəniş Portalı (HÖP) ilə inteqrasiya edib.
Müştəri
Vətəndaşlar, notariuslar və dövlət qurumları
Layihə
Ödənişlər mobil tətbiq və rəqəmsal kanallar üzərindən qəbul edilir, HÖP ilə inteqrasiya olunaraq dərhal emal olunur və notariuslara avtomatik bölüşdürülür.
Problemlər
- Ödənişlərdə problemlər yaranırdı
- Notariatlar üzrə ödənişlərin paylanmasında gecikmələr olurdu
- İmtina edilmiş ödənişlərin geri qaytarılması ləngiyirdi
Həll
- Ödənişlər tam rəqəmsallaşdırıldı
- Əməliyyatlar təhlükəsiz və dərhal emal olunur
- Ödənişlərin notariuslar üzrə bölüşdürülməsi avtomatlaşdırıldı
- İmtina edilmiş ödənişlər dərhal geri qaytarılır
- Dövlət qurumları və notariuslar ödənişləri real vaxtda izləyə bilir
Nəticələr
- Vətəndaşlar ödənişləri sürətli, rahat və şəffaf şəkildə həyata keçirir
- Dövlət qurumları ödənişlərin tam avtomatlaşdırılmış idarəsini təmin edir
- Ödəniş platforması hüquqi xidmətlərin rəqəmsallaşmasına mühüm töhfə verdi və istifadəçi məmnuniyyətini artırdı
