MSolution Logo
logo

Reysqabağı Texniki Yoxlama Platforması (INVA)

Reysqabağı Texniki Yoxlama Platforması (INVA)

Özəl | Mobil + Admin panel

INVA – sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin təhlükəsizlik standartlarına uyğun fəaliyyət göstərməsini təmin edən rəqəmsal həll yoludur.

Müştəri

Ölkə üzrə bütün daşıyıcılar və onların sürücüləri, nəzarət və tənzimləyici dövlət qurumları, texniki nəzarəti həyata keçirən təşkilatlar

Layihə

INVA mobil tətbiqi nəqliyyat vasitələrinin video əsaslı və ya yerində texniki yoxlamadan keçməsini təmin edir. Yoxlama nəticələri sistem tərəfindən avtomatik olaraq bildirilir.

Problemlər

  • Ənənəvi texniki yoxlama kağız üzərində aparılırdı.
  • Nəqliyyat vasitəsi yalnız məntəqəyə gəlməli olurdu, məsafədən vizual (video) yoxlama mümkün deyildi.
  • Ödənişlər pərakəndə toplanırdı və ödəniş kanalları məhdud idi.
  • Hüquqi şəxslər ödəniş etdikdən sonra xidmətdən dərhal istifadə edə bilmirdilər.

Həll

  • Mobil tətbiq vasitəsilə vizual video yoxlama və ödənişlərin status izlənməsi.
  • Geniş funksiyalı admin panel – müqavilə, daşıyıcı və sürücülərin idarə olunması.
  • Daşıyıcılar üçün ayrıca idarəetmə paneli.
  • Kart infrastrukturu və banklarla birbaşa inteqrasiya.

Nəticələr

  • Texniki yoxlama prosesi daha sürətli, məsafədən, şəffaf və etibarlı oldu.
  • Ödəniş icra edilən kimi xidmət dərhal aktivləşdirildi.
  • Birbaşa bank hesabından ödəniş imkanı təmin olundu.
  • Administrativ bütün proseslər rəqəmsallaşdırıldı.
Rəqəmsal dünyaya keçidinizi MSolution ilə sürətləndirin

MSolution sizə ödənişlərinizi rahat, təhlükəsiz və sürətli şəkildə idarə etmək imkanı yaradır. Komandamız, biznesinizə uyğun fərdi yanaşmalarla həllər təqdim etməyə hər zaman hazırdır

icon