MSolution Logo
logo

IBEX – Uber/Yango fleet və sürücü nağdlaşdırma və inteqrasiya platforması

IBEX – Uber/Yango fleet və sürücü nağdlaşdırma və inteqrasiya platforması

Özəl | Mobil + Admin panel

IBEX, Uber və Yango sürücüləri üçün hazırlanmış müasir maliyyə və idarəetmə platformasıdır. Tətbiq sürücülərin gündəlik əməliyyatlarını sadələşdirir, qazanc və balans idarəsini daha rahat edir. Eyni zamanda park və fleet sahiblərinə də sürücülərin fəaliyyətinə nəzarət, limitlərin təyin edilməsi və risklərin idarəsi üçün müasir alətlər təqdim olunur.

Müştəri

Uber və Yango ilə fəaliyyət göstərən sürücülər və Fleet/park sahibləri

Layihə

IBEX-in əsas məqsədi həm sürücülər, həm də park operatorları üçün vahid ekosistem yaratmaq idi.

Problemlər

  • Sürücülərin qazanc və balans məlumatlarını vaxtında izləmək imkanı yox idi.
  • Nağd gedişlərin idarəsi gecikmələrlə aparılırdı.
  • Park sahibləri sürücülərin fəaliyyətinə effektiv nəzarət edə bilmirdilər.
  • Hesabatların əl ilə aparılması əlavə vaxt və maliyyət tələb edirdi.

Həll

  • Sürücülər üçün mobil tətbiq – balansın real vaxtda izlənilməsi, saniyələr ərzində nağdlaşdırma, sadə və intuitiv interfeys.
  • Fleet sahibləri üçün admin panel – tam nəzarət, gündəlik/həftəlik limitlərin təyin edilməsi, risklərin azaldılması.
  • Ödəniş sistemləri ilə inteqrasiya – bütün əməliyyatların tam audit imkanları.

Nəticələr

  • Nağdlaşdırma prosesi xeyli sürətləndirildi.
  • Sürücülərin məmnuniyyəti yüksəldi.
  • Park sahiblərinin idarəetmə imkanları genişləndi.
  • Bütün əməliyyatların vahid mərkəzdə aparılması şəffaflığı və effektivliyi artırdı.
Rəqəmsal dünyaya keçidinizi MSolution ilə sürətləndirin

MSolution sizə ödənişlərinizi rahat, təhlükəsiz və sürətli şəkildə idarə etmək imkanı yaradır. Komandamız, biznesinizə uyğun fərdi yanaşmalarla həllər təqdim etməyə hər zaman hazırdır

icon