EV charging platforması – Elektrikli avtomobil şarj platforması

Özəl | Mobil + Admin panel
Ölkədə ilk dəfə elektrikli avtomobillərin şarjı üçün tam yerli həll – EV charging platforması yaradıldı.
Müştəri
Fərdi elektrikli avtomobil sahibləri və kommersiya şarj operatorları
Layihə
Platforma vasitəsilə istifadəçilər şarj stansiyalarını tapa, rezervasiya edə və ödənişlərini onlayn icra edə bilirlər. Admin panel şarj stansiyalarının monitorinqi və ödənişlərin idarəsini təmin edir.
Problemlər
- Şarj stansiyalarının sayı məhdud idi və istifadəçilər üçün axtarış çətinliyi yaranırdı.
- Ödəniş sistemi fərqli platformalarda idi və inteqrasiya yox idi.
- Real vaxt monitorinqi və statistik məlumat mövcud deyildi.
Həll
- Mobil tətbiq – stansiyaların tapılması, rezervasiya, ödəniş.
- Admin panel – bütün stansiyaların idarə olunması, statistika, istifadəçi monitorinqi.
- API inteqrasiyası – müxtəlif ödəniş sistemləri ilə birləşmə.
Nəticələr
- İstifadəçilər üçün sürətli və rahat şarj imkanı.
- Operatorlar üçün stansiyaların effektiv idarəsi.
- Ödəniş və statistika sistemi tam rəqəmsallaşdırıldı.
